​FETÖ şifrəsi çözülür: Evə qız gətirənlər…

 
FETÖ Türkiyədə təhsil alan tələbələri siniflərə bölübmüş. Bundan başqa evlərə pul, ərzaq yardımı da müxtəlif formalarda aparılıb.
 
Axar.az xəbər verir ki, bu barədə G.Z adlı şəxs polisə ifadəsində deyib.
 
“Evlər qız tələbələrin gətirilməsi, spirtli içki və siqaretdən istifadə olunması, Quran oxunması, namaz qılınması nəzərə alınıraq siniflərə bölünür. Buna uyğun olaraq təşkilat üzvlərinin qaldığı evlərə ərzaq və pul yardımı edilir.
 
FETÖ evləri A, B, C, D olaraq 4 qrupa bölünür. D qrupuna spirtli içkir qəbul edənlər və evə qız gətirənlər, C qrupuna sadəcə siqaret çəkənlər, B qrupuna siqaret çəkməyən, namaz qılmayanlar, A qrupuna isə namaz qılıb ibadət edənlər aiddir”.