FETÖ-nun “Canik”lə öldürdüyü rus qəhrəman – Video

Baxış sayı: 
142

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsindən bir il ötdü.
 
Axar.az xatırladır ki, Karlov 2016-cı il dekabrın 19-da Ankaranın Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisində çıxışı zamanı 22 yaşlı polis məmuru Mövlud Mərd Altındaş tərəfindən öldürülüb. Altındaş “Canik” markalı tapança ilə 11 dəfə atəş açaraq (9-u səfirə dəyib) onu qətlə yetirib. Cinayətdən dərhal sonra hərəkətə keçən xüsusi təyinatlılar təxminən 15 dəqiqə davam edən atışmadan sonra Mərd Altındaşı məhv edib.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olayla bağlı çıxışında sui-qəsdin Ankara-Moskva münasibətlərini pozmaq üçün atılmış addım olduğunu bildirib. Rusiya lideri Vladimir Putin də qətlin Türkiyə ilə münasibətlərin qaydaya düşməsinə qarşı təxribat olduğunu deyib və səfirə “Rusiya qəhrəmanı” adının verilməsi haqda fərman imzalayıb.
 
Sui-qəsdən sonra hamını bu sual düşündürürdü: Karlovun qətlini kim təşkil edib?
 
Ankara Prokurorluğu Karlovun qətlində FETÖ-nun əlinin olduğunu açıqladı. Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərd Altındaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub. Sonradan onun dayısının da FETÖ-çu olduğu üzə çıxdı. Bundan başqa, Mövlud Mərd Altındaşın evində aparılan axtarışlar zamanı FETÖ-ya və Əl Qaidə terror təşkilatına aid kitablar tapıldı.
 
Başqa bir sensasiyalı iddia ilə isə rusiyalı politoloq Sergey Markov çıxış edib. O bildirib ki, Andrey Karlovun qətlində Mərkəzi Kəşfiyyat İdarəsinin də əli ola bilər.
 
Təsadüfi deyil ki, Mərd Altındaşın telefonundan ən son siqnal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ərbildəki ofisinin yanında qeydə alınıb.
 
Sui-qəsd bütün dünyada şok effekti yaradaraq, böyük rezonans doğurdu. Karlovun həyat yoldaşı Marina Karlovanın onun haqqında dedikləri isə cinayətə kədərli bir obraz qazandırmaqla yanaşı, səfirin düşməninin olmadığına işarə idi.
 
“Həyat yoldaşımı qətlə yetirən şəxs onu tanısaydı, belə bir şey etməzdi. Övladımızın olmasını istəyirdik. Allah bizə 13 il övlad nəsib etmədi. Yalnız 13 ildən sonra övladımız dünyaya gəldi. Həyat yoldaşım namuslu, vətənpərvər biri idi. Əslində işin ən dəhşətli tərəfi anasının bizi evdə gözləməsi idi. Bir anlıq bunu düşündüm: Baş verənləri evdə anasına necə deyəcəyəm”, - Marina Karlova demişdi.
 
Cinayətin baş verməsində dolayı yolla məsuliyyət daşıyan bir neçə nəfər həbs edildi. Dünyanın siyasi təşkilatları, böyük dövlətləri Andrey Karlovun qətlə yetirilməsini sərt şəkildə qınadılar.
 
Karlovun ölümündən bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Aleksey Yerexovu Türkiyəyə yeni səfir təyin etdi.
 
Dəhşətli sui-qəsdi təşkil edənlər öz məqsədlərinə çatmadılar. Hadisədən sonra Türkiyə və Rusiya arasında münasibətlərdə heç bir soyuqluq yaşanmadı, əksinə, tərəflər yeni müqavilələrə imza ataraq birlik nümayiş etdirdilər.
 
Türkiyədə Karlovun xatirəsi hələ də yaşadılır. Bu yaxınlarda Ankarada onun büstü qoyulub.
 
Mərhum səfir ölümünün ildönümündə Moskva və Ankarada təşkil edilən mərasimdə alınıb. Lavrov Moskvada çıxışı zamanı onun haqqında “Ən yaxşı diplomatlarımızdan biri idi. Onu heç vaxt unutmayacağıq”, - deyib.
 

Загрузка...
Загрузка...