​FETÖ-nun 18 ton qızılının axtarışına başlanıldı

 
FETÖ-nun kassası olaraq tanınan Türkiyənin Mərmərə bölgəsində yerləşən "Angel s Peninsula" otelinin ərazisində axtarış aparılır.
 
Axar.az xəbər verir ki, otel ərazisində aparılan axtarışla bağlı bölgəyə giriş qadağan edilib.
 
Otelin sahilinə gəmilərin də yan almasına icazə verilməyib. Ankaradan göndərilən bir hərbi qrupun təhlükəsizliyi təmin etdiyi bildirilib.
 
Qeyd edək ki, bu ilin iyul ayının əvvəlindən oteldə 18 ton qızıl saxlanıldığı barədə iddialar yayılıb. Türkiyə mühəndisləri də xüsusi bir cihazla torpağın altında metal tapıldığını təsbit ediblər.
 
Bölgə sakinləri təxminən 1 ay yarım ərzində oteldə qazıntı işlərinin aparıldığı barədə məlumat veriblər.