​FETÖ-çudan şok: "Bir-iki aya geri qayıdırıq"

 
Qiyamçıların polis rəisi Fatih Günay gözlənilməz açıqlama ilə çıxış edib.
 
Axar.az xəbər verir ki, Maltəpə həbsxanasında saxlanılan Fatih Günay qiyamçıların 1-2 aya geri dönəcəklərini bildirib.
 
"Bir-iki aya geri qayıdıb, onları həbsə atacağıq. Allahın izni ilə həbsdən çıxacağıq. Mətbuatdan izləyirəm. Qarışıqlıq yaranacaq, çölə çox çıxmayın, ərzaqlarınızı artırın. Bir-iki aya geri dönəcəyik", - Günay qeyd edib.