“FETÖ-çu qadınlar ikinci çevrilişə hazırlaşır”

 
14 avqust tarixi geridə qaldı, ancaq ikinci hərbi çevriliş olmadı. Gülən hərbi çevrilişin tarixini açıqlayacaq qədər ağılsız deyil. O, CİA ilə əməkdaşlıq edəcək qədər ağıllıdır. Gülən əsla yolundan dönməyəcək.
 
Axar.az xəbər verir ki, bunu türk yazar Əbdülqədir Səlvi son köşəsində yazıb. O, FETÖ-nun ikinci hərbi çevrilişə hazırlaşdığını bildirib:
 
“FETÖ-nun “bacıları” (“ablalar” – red.) yeni hərbi çevriliş üçün dua oxumağa başlayıb. Zarafat etdiyimi düşünməyin. Zatən, FETÖ-nun zarafat olmadığını iyulun 15-də gördük. Hərbi çevriliş gecəsi Gülən öz camaatından Nüsrət və Qələbə duasını oxumağı istəmişdi. İyulun 15-də təşkil olunmuş hərbi çevriliş cəhdi uğursuz oldu, amma FETÖ öz hədəfindən əl çəkməyib. Yeni hərbi çevriliş üçün Pensilvaniyadan dualar göndərilib. Nə qədər ki, ABŞ Güləni Türkiyəyə təhvil verməyib, ikinci hərbi çevriliş cəhdi bizi gözləyir”.
 
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə avqustun 14-də ikinci dəfə hərbi çevrilişə cəhd olunacağı iddia edilirdi.