FETÖ belə idarə edilir - Məqalə

 
ABŞ-ın "Forbes" jurnalı Robert Amsterdamın FETÖ-nun necə təşkilatlanması ilə bağlı məqaləsini dərc edib.
 
Axar.az xəbər verir ki, Amsterdamın məqaləsində FETÖ təşkilatlarının birbaşa Pensilvaniyadan Fətullah Gülən tərəfindən idarə edildiyini bildirilib.
 
"ABŞ-dakı təxminən 150 məktəb FETÖ tərəfindən idarə edilir. Bu məktəblərin yüksək səviyyədə nəzarət altında saxlanılması yer altında gizli təşkilatlanmanın nə dərəcədə inkişaf etdiyindən xəbər verir", - məqalədə vurğulanıb.
 
Amsterdam yeddi ay əvvəl Türkiyə tərəfindən Gülənlə bağlantılı şirkətlər və məktəbləri araşdırmaq üçün vəzifləndirildiyini və bu günə qədər tapdıqlarının şokedici olduğunu qeyd edib:
 
"Bizə verilən məlumata görə, Gülən təşkilatı tapşırıqların çatdırıldığı qatı bir sərvətə sahibdir. Bu göstərişlər əsasən, Gülən ilə Pokonosta üz-üzə keçirilən iclaslarda çatdırılır. Təpədə yeddi nəfərdən ibarət idarəedici məşvərət qrupu var. Bu qrup tapşırıqları məsləhətçi komitəsinə ötürür. Təlimatlar buradan müvafiq olaraq bölgə, ölkə, ölkə daxilindəki bölgə imamlarına, şəhər, mahal, məhəllə imamlarına, tələbə evlərinin imamlarına və tələbələrə çatdırılır. İş adamları, bürokratlar və zabitlər təşkilat daxilindəki mövqelərinə və dəstəklərinə görə müxtəlif səviyyələrdə çalışırlar".
 
Qeyd edilir ki, təşkilatın ABŞ-da idarə etdiyi məktəblərdən əldə edilən vergi gəlirlərinin bir qismi FETÖ hesabına köçür. Həmçinin təşkilatın dünyada 55 min iş yeri açdığı da məlumatlar arasındadır.