Fazil Mustafanı Milli Məclisdə biabır etdilər – Video

Milli Məclisin plenar iclası keçirilib. İclasda diqqət çəkən bəzi məqamlar olub. Belə ki, Fazil Mustafa Novruz bayramında papaq atma mərasimindən danışıb. O bildirib ki, “Varlı adamların hasarları çox yüksək olduğu üçün, onlara papaq atmaq mümkün deyil. Papağı ancaq hasarı alçaq olan evlərə atmaq olar. O təbəqə də müəllimlərdir, həkimlərdir, işsizlərdir. Bu müəllimlər papağı nə ilə doldurmalıdır?”
Milli Məclisin sədri Oqtay Əsədov Fazil Mustafaya cavab olaraq deyib ki: “Hansı qapıya papaq atsan, inanmıram səni əliboş qaytarsınlar”
Siyavuş Novruzov isə “Fazil müəllim getsin papağın atsın” deyib.(sizinyol.com)