Fanatının hədiyyəsini yerə atdı – video

Məşhur müğənni Castin Biberin adı pərəstişkarlarına etdiyi hörmətsizliklə də gündəmə gəlib.
Axşam.az xarici mətbuata istinadla xəbər verir ki, müğənninin daha bir addımı mətbuatda mövzu olub.
Fanatının onun avtomobilinə yaxınlaşaraq verdiyi hədiyyə dərhal küçəyə atılıb. Müğənni hədiyyəyə görə təşəkkür etmək əvəzinə, onu yerə atıb. Bu, müğənnini izləyən paparadssilərin diqqətindən qaçmayıb. Hədiyyəni qəbul etməyən ulduz, dərhal avtomobilinin şüşəsini qaldıraraq, yoluna davam edib.
Qeyd edək ki, Castin Biber sonuncu dəfə konsertində çeynədiyi saqqızı fanatlarının üzərinə atmasına görə tənqid edilmişdi.