​Falçı Osmanlı sultanını necə heyrətə gətirdi? TÜKÜRPƏDƏN OLAY – FOTO

 
 
Osmanlı imperiyasında sultan IV Muradın dövründə bir çox maraqlı qadağalar olub, yaddaqalan hadisələr yaşanıb.
 
Sultan IV Muradın dövründə olan qadağalardan biri mey (şərab), tiryək və fala baxmaqla bağlı idi. Odur ki, həmin dövrdə İstanbulda bütün qumarxanaları və şərab evləri “gizli” şəkildə işləyirdi.
Bir dəfə IV Murad gecə vaxtı şəhərə çıxmaq qərarına gəlir. Adi paltar geyinərək qayığa minir. Qayıqçı müştərisinin sultan olduğunu bilmir. Yola çıxarkən qayığın yanında sallanan ipdən spirtli içkini çıxararaq IV Murada təklif edir. Hər nə qədər bu içkini qadağan etmiş olsa da, IV Muradın spirtlə arasının yaxşı olduğu bilinir. O, qayıqçının təklif etdiyi içkini qəbul edərək “Mey qadağandır. Sultanımız görsə, kəlləni alar. Bundan qorxmursan?”,- deyə soruşur. Qayıqçı gülərək “Yahu, sultanımız dənizin ortasında bizi haradan görəcək?”, – deyir. Bir neçə dəqiqə sonra qayıqçı bu dəfə qayığın taxtalarından birini qaldırıb arasından tiryək çıxarır və nargiləsinə ataraq çəkməyə başlayır. O, bunu da öz müştərisi ilə bölüşür. IV Murad bunu da qəbul edir və yenə xatırladır ki, sultan görsə kəlləni alar. Qayıqçı da yenə eyni cavabı verir: “Kim görəcək bizi dənizin ortasında?
 
Bir qədər sonra qayıqçı cibindən fal daşlarını çıxarır və müştərisinə “5 axca ver, falına baxım”, – deyir. Fala nifrət edən IV Murad səbrini basaraq “bax” deyir. Fal daşlarını əlində çalxalayıb atan qayıqçı “əfəndi, dərdini de baxaq”, – söyləyir. IV Murad “sultanımız indi haradadır?”- deyə soruşur. Qayıqçı daşlara baxıb “sultanımız indi dənizdədir”, – deyir. IV Murad guya təlaşlanaraq, “birdən yaxınımızda olar, yaxşıca bax”, – söyləyir. Qayıqçı daşlara təkrar baxır və birdən IV Muradın ayaqlarına sarılıb “bağışla məni sultanım”, – deyə yalvarmağa başlayır.
 
IV Murad “sənə bir sual verəcəyəm. Əgər bilsən, səni bağışlayaram, bilməsən, elə indi kəlləni alacam. Qayıdanda İstanbula hansı qapıdan girəcəyəm?” – deyə soruşur. Qayıqçı dərhal etiraz edərək, “sultanım, indi mən hansı qapını söyləsəm, siz başqa qapıdan girəcəksiniz. Girəcəyiniz qapını kağıza yazsam və sizə versəm. Qapıdan keçdikdən sonra oxusanız olar?” – deyir. Sultan razılaşır, kağızı alır və limana çatan kimi dərhal yanındakı fədaisinə “boynunu vur bu kafirin!” əmrini verir. Sonra da yanındakılara “divara yeni qapı açın! İstanbula oradan girəcəyəm”, – deyir.
 
Qapı 5-10 dəqiqədə açılır və sultan şəhərə girir. IV Murad qayıqçının kağıza hansı qapını yazdığını görmək üçün ona baxır ancaq oxuduqda heyrətə gəlir. Qayıqçı, kağıza bunları yazıb: “Sultanım, yeni qapınız vətənə, millətə xeyirli, uğurlu olsun”.
 
O gündən bəri həmin qapı “Yeniqapı” olaraq adlanır

Загрузка...
Загрузка...