Faiqlə Tünzalə üz-üzə gəldi: “Onun münsifi olmuşam”

 
Xalq artisti Faiq Ağayev və əməkdar artist Tünzalə Ağayeva arasında qalmaqal yaşanıb.
 
Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayevanın bir müddət əvvəl “Hit parat”da Faiq Ağayevin adını çəkmədən mahnısını təqdim etməsi qarşı tərəfi özündən çıxarıb. Xalq artisti  “ATV maqazin onlarla” verilişində həmkarının cavabını verib: “Ağac nə qədər bar verirsə, bir o qədər başı aşağı olur. Əgər insan kiçikliyini qoruya bilmirsə, ona nə kiçik, nə də böyük hörmət edə bilməz. 2001-ci ildə Tünzalə Ağayevanın iştirakçısı olduğu “Bakı payızı” festivalına münsif olmuşam. İnsan klipləri, mahnıları ilə sözünü deməlidir. Boş-boşuna havanı silkələməsin. Bu insanın özünü dünən başqa, bu gün başqa aparması çox gülməli gəlir. Bəzən dünən bir yerdə oturduqlarını tanımırsan. İnsanlara qarşı yuxarıdan aşağı baxmaq olmaz. Bir halda baxa bilərsən ki, göydələnin damına qalxasan və aşağı baxasan”.