Faiq Ağayev, Fəxrəddin Manafov, Fəzail Ağamalı "Number one" oldular - FOTOLAR

 
Bu gün Bakıda  "Number one"  mükafatlandırma mərasimi olub.
 
Teleqraf.com xəbər verir ki, mərasimində tanınmış simalar öz sahələrindəki xidmətlərinə görə mükafatlara layiq görülüblər.  Layihənin rəhbəri  teleaparıcı Tural Ozan mükafatlara layiq görülən şəxslərin səsvermə ilə müəyyən edildiyini deyib.
 
"Number one" adına layiq görülən xalq artisti Faiq Ağayev təşkilatçılara təşəkkür edib: "Dəyərli sənət nünayəndələrini mükafata görə təbrik edirəm. Sənət bir nağıldır.  Nağıllarımızı sevək, çünki həyat nağılsız boz rəngə boyanır" .
 
Xalq artisti Amaliya Pənahova da mükafat  alan məşhurlar sırasındadır: "Mükafata layiq görülənləri  təbrik edirəm".
 
Xalq artisti Nazpəri Dostəliyeva belə tədbirlərin ölkəmizdə keçirilməsindən məmnun olduğunu deyib:  "Dörd ildir ki, ölkəmizdə bu təşkilat tərəfindən mükafatlandırma mərasimi  keçirilir. Xarici ölkədə "qırmızı xalı" mərasimlərini görəndə düşünürdüm ki, niyə Azərbaycanda bu tipli tədbirlər keçirilmir? Bu kimi tədbirlərə görə qürur duymaq, sevinmək lazımdır".
Xalq artisti Fəxrəddin Manafov da mükafata görə təşkilatçılara təşəkkür edərək  sənətinin  fədayisi olduğunu deyib.
 
Qeyd edək ki, xalq artistləri Flora Kərimova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Fəxrəddin Manafov, Amaliya Pənahova,  müğənnilər Nadir Qafarzadə, Ramal İsrafilov, Səidə Sultan, Nura Suri,  Niyam Səlami, yazıçı Varis Yolçuyev və  idmançılar İlham Zəkiyev, Füzuli Musayev, Rəfael Ağayev, millət vəkilləri Fəzail Ağamalı, Jalə Əliyeva və başqaları mükafata layiq görülüblər.