Fahişələr maaş alsın - jurnalistdən təklif - FOTO

 

 
Türkiyədə fahişələrə maaş verilə bilər.
 
Turaninfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məsələni türk jurnalist Mehmet İnmez gündəmə gətirib.
 
Bu qərarın qəbul edilməsi ilə heç bir təminatı olmayan 10 minlərlə  fahişə qadın sığortalanmaq imkanı əldə edə bilər.
 
İzmirdəki 23 fahişəxanada işləyən 1800 qadın, dövlətə sığorta haqqı ödəmədikləri üçün təqaüdçü ola bilmədiklərini bildiriblər. Onlar bununla bağlı İctimai Təhlükəsizlik Təşkilatına (SGK) müraciət ediblər. Təşkilatçıların dəstəyi nəticəsində  İzmirdə yerləşən barlarda işləyən 501 qadına təqaüd, 299 qadına isə əlavə pul yardımı verilib.