Fahişəliyin leqallaşdırılması yenidən gündəmə gəldi

 
Əvvəllər 20 manata "işləyənlər", indi 100 manatdan aşağı pul verən müştərilərlə razılaşmırlar
 
Təkcə ötən il Azərbaycanın dövlət büdcəsinə fahişəlikdən 36 min manat vəsait daxil olub. Sputnik xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir. DSK-nın məlumatına görə, 2015-ci ildə hüquq-mühafizə orqanları qədim peşə sahibləri olan 387 nəfəri saxlayıb və cərimələyib. Bu ilin sonunda yüngül əxlaqlı qadınlardan dövlət büdcəsinə daxil olan gəlirlərin bir qədər artacağı proqnozlaşdırılır. Çünki 2015-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 524-cü maddəyə əsasən, cərimələr 40-80 manatdan 100 manata qədər artırılıb. © FLİCKR/ CHİARA STEVANİ Fahişəliyə aparan yol: acı da olsa, gerçəkdir Seks-biznesin işçiləri nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Adının çəkilməsini istəməyən taksi sürücüsünün dediyinə görə, Azərbaycana turist axınından, xüsusilə də ərəbdilli turistlərin artmasından sonra Bakının "gecə kəpənəkləri" öz tariflərini artırıblar. Əvvəllər 20 manata "işləyənlər", indi 100 manatdan aşağı pul verən müştərilərlə razılaşmırlar. "Amma elə qadınlar da var ki, onlar öz xidmətlərinə görə 1000-3000 manat alırlar. Onlar, xüsusilə model görkəmli qızlardır ki, bilavasitə hotellərdə seks xidmətləri göstərirlər", — taksi sürücüsü bildirib. Yüngül əxlaqlı qadınların əsas hissəsi isə 50-60 manata masaj salonlarında işləyir. Yeri gəlmişkən, elə masaj salonlarının sayı paytaxtda xeyli artıb. Bir qisim qədim peşə sahiblərini isə şəhərkənarı kafelərdə, xüsusilə də Bakı-Sumqayıt yolunun kənarındakı məşhur istirahət mərkəzlərində tapmaq olar. Qeyd etmək lazımdır ki, bir neçə il əvvəl, məhz Bakı-Sumqayıt yolunda hüquq-mühafizə orqanları kütləvi asayişi bərpa etmək məqsədilə, "istirahət zonası" adlandırılan onlarla birmərtəbəli tikililəri dağıdıblar. Lakin bundan sonra elə həmin ərazidə yağışdan sonra çıxmış göbələklər kimi bir neçə evcik tikilib. Bununla yanaşı, Bakıda fəaliyyət göstərən taksi sürücüsünün sözlərinə görə, şəhərə ərəb ölkələrindən turistlər axmağa başlayandan sonra, qədim peşə sahibləri meyllərini onlara salmağa başlayıblar. Çünki onlar kifayət qədər əliaçıqdırlar. Özəl daşıma xidmətinin sürücüsü belə, tanışlıq üçün əlverişli olan bir sıra istirahət yeri və klubları tanıyır. O, tez-tez həmin yerlərə xariciləri daşıyır və hətta ərəb dilini öyrənməyə cəhd göstərir. Qeyd edək ki, praktiki olaraq ölkədə hər cür fəaliyyət növü vergiyə cəlb olunur. Bu vəsaitlər ümumdünya iqtisadi böhranının baş verdiyi bu çətin dövrlərdə dövlət büdcəsini doldurmaq üçün bir vasitədir. Belə olan təqdirdə ortaya bir sual çıxır: Ölkədə heç də az pul qazanılmayan fahişəlik leqallaşdırılmayacaqmı? Yeri gəlmişkən, məhz belə bir təkliflə bir neçə il əvvəl Milli Məclisdə deputat Siyavuş Novruzov çıxış etmişdi. O bildirmişdi ki, fahişəliyin leqallaşdırılması bir çox problemlərin qarşısını ala bilər: "Bir sıra Avropa ölkələri bu problemin həll yolunu tapıb və Azərbaycan da onların təcrübəsindən bəhrələnə bilər". © FOTO: 2.BP.BLOGSPOT.COM Qanuni fəaliyyət göstərən fahişəxananın ilk görüntüləri yayıldı Onun sözünə qüvvət olaraq bildirək ki, fahişəlik bütün dünyada peşə növlərindən biri kimi tanınıb. Artıq 20-ci əsrin sonlarında o, Niderland, Almaniya, Avstriya, İsveçrə, Yunanıstan, Macarıstan, Latviya, hətta Azərbaycanın tez-tez nümunə götürdüyü qonşu Türkiyədə leqallaşdırılıb. Bununla yanaşı, internet araşdırmalarına əsasən, qeyd edək ki, İspaniya və Çexiya hökumətləri fahişəliyə kifayət qədər dözümlü yanaşır. Fahişəliyin leqallaşdırılması ideyası kifayət qədər cəlbedici görünə bilər, lakin burada da bir neçə problem var. Misal üçün, bunun parlaq əleyhdarları var. İslam dininə sitayiş edənlər və yaşlı insanlar arasında fahişəliyin leqallaşdırılmasına qarşı ciddi müqavimət var. Və mentalitet yeniliyə müqavimət göstərə bilər. "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, bu məsələ heç vaxt parlamentdə qaldırılmayacaq, çünki mövcud qanunvericilik və hökumətin insan alveri ilə mübarizəyə dair fəaliyyəti ilə ziddiyyət təşkil edir: "Leqallaşdırma o deməkdir ki, biz heç vaxt vəziyyətdən çıxış yolu tapa bilməyəcəyik. Leqallaşdırma o deməkdir ki, biz büdcəni süni şəkildə risk qrupunda olan insanların hesabına doldurmaq istəyirik. Bu, insan hüquqlarına, eləcə də qadın hüquqlarına ziddir. Siz əvvəl soruşun görək, seksdən pul qazananların özləri leqallaşdırmanı istəyirlərmi?". Zeynalova əmindir ki, hətta leqallaşdırılacağı təqdirdə belə, qadınlar adlarının "seks işçiləri" siyahısına yazılmasına və sosial sığorta kartında fəaliyyət növünün bu cür göstərilməsinə razı olmayacaqlar: "Heç kəs zəmanət verə bilməz ki, leqallaşdırma qadın hüquqlarının müdafiəsini təmin edəcək". Bununla belə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev qeyd edib ki, hazırki mərhələdə Azərbaycanda fahişəliyin leqallaşdırılmasına zərurət yoxdur. Digər deputat Zahid Oruc isə, ümumiyyətlə bu sualı cavablandırmaqdan imtina edib. Deputat Hadı Rəcəbli isə sualımızı eşitmək belə, istəməyib. Eyni zamanda, bir sıra ekspertlər hesab edirlər ki, fahişəliyin leqallaşdırılması iqtisadiyyatın digər bir sahəsinin, hökumətin xüsusilə diqqət ayırdığı turizmin çiçəklənməsinə səbəb olacaq. Yeri gəlmişkən, Türkiyənin özündə fahişəliyin rəsmiləşdirilməsindən sonra turizm bazarında canlanma baş verib. Amma Azərbaycan qardaş ölkənin təcrübəsindən istifadə etməyə hazırdırmı? Bu sual hələlik açıq qalır.
 
 

Загрузка...
Загрузка...