Faciədir və daha böyük faciələr ərəfəsindəyik…”

Baxış sayı: 
141

 
“Rusiya qonşu ölkələri həmişə təhdid altında saxlayır, dünyanın hər yerində qanlı qətllər edə biləcəyini göstərir”.
Minval.info xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli son bir neçə sutka ərzində baş verən beynəlxalq münasibətləri şərh edərkən deyib.
Diplomatik münasibətlərin gərginləşdiyini vurğulayan iqtisadçı Rusiya, Amerika, Çin kimi dünyanın iqdisadi güc mərkəzlərinin ard-arda aqressiv açıqlamalar verdiyini bildirib:
“Britaniya Rusiya ilə əlaqələri minimuma endirir, 23 rusiyalı diplomatı ölkədən qovur. Buna cavab olaraq, çox güman, Rusiya da britaniyalı diplomatları ölkədən qovacaq;
ABŞ bəyan edib ki, Dəməşqi bombalaya bilər, hətta Rusiya bazaları da hədəf ola bilər;
Rusiya da deyir ki, Amerika belə addım atsa, Aralıq Dənizində üzən ABŞ gəmilərini, Amerikanın Suriyada yerləşdirdiyi 20 hərbi bazanı vuracaq;
Tramp Dövlət Katibi vəzifəsinə hərbi gücə üstünlük verən birini gətirdi;
Putin deyir ki, Rusiyasız dünya elə dağılsa yaxşıdı;
Çin də bəyan edib ki, dünyada “ticarət müharibələri” başlasa, öz iqtisadi maraqlarını ordusu ilə qoruyacaq”
Avropa Birliyi dünən Rusiyaya qarşı daha sərt olacığı açıqladı”.
“Nə olub? Niyə ölürsünüz? Nədən öldürürüsünüz? Hər il münaqişələrə, silah istehsalına, satışına xərclənən vəsaitin cəmi 10%-i ilə dünyada aclığa son qoymaq, uşaq ölümlərini minimuma salmaq olar! Nə istəyirsiz? Pul? Mal? Mülk? Dünya ağalığı? Bədbəxt günə qalmış dünyaya ağalıq edib nə qazanacaqsınız?! İkinci Dünya müharibəsindən sonra, güya, qlobal savaş olmayıb, amma 1945-ci ildən bəri dünyada irili-xırdalı münaqişə və müharibələrdə 110 mln. insan ölüb – İnsan!” – Natiq Cəfərli qeyd edib.
İqtisadçı bildirib ki, dünya siyasi elitası çox düşükləşib, bu da gözlənilən idi: “Dünyada TOP 500-ə daxil olan universitetləri yaxşı oxuyub-bitirənlər özəl biznesə gedir, şirkətlər açırlar, son 15-20 ildə ABŞ-da təhsil alan tələbələrin cəmi 4%-i özünü dövlət-hökumət işində, siyasətdə görürlər, qalanı özəl sektoru seçirlər, Avropada bu rəqəm 7%-ə yaxındır, Rusiyada isə ümumiyyətlə təhsilli insanlar sistemə düşməndirlər.
Yaxşı oxuya bilməyən, kreativ ideyaları olmayan, öz işini qura bilməyənlər ictimai-siyasi sektora gedirlər və nəticədə siyasi elitalar “cırlaşır”. Dünya siyasi səhnəsinə gücə inanan, axmaq ambisiyaları olan insanlar çıxır.
Faciədir və daha böyük faciələr ərəfəsindəyik…”

Загрузка...
Загрузка...