"Facebook" erməniyə böyük vəzifə verdi

“Facebook” erməni əsilli Şant Oknayanı şirkətin Yaxın Şərq, Pakistan, və Şiamli Afrika üzrə direktoru təyin edib.
Avropa.info xəbər verir ki, o, pərakəndə satış, elektron kommersiya və internet xidməti məsələlərinə nəzarət edəcək. Bu barədə telecompaper.com saytı məlumat yayıb.
Şant Oknayan daha əvvəl “Google”un Yaxın Şərq və Şimali Afrika üzrə kiçik və orta biznesə nəzarət edən komandasına rəhbərlik edib. O, həmçinin “GlamBox” startapının əsasını qoymaqla tanınıb.