​"Facebook" dostunun ölümündən yazdı, iki gün sonra intihar etdi - Bakıda insanlıq dramı

 
 
 
İki gün əvvəl Bakı şəhərinin Nərimanov rayonunda özünü asaraq intihar edən şəxslə bağlı bəzi məlumatlar üzə çıxıb.
 
Lent.az-ın məlumatına görə, yaşadığı evdə intihar edən 35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub. Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınski oktyabrın 14-də feysbuk səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı status paylaşıb. Həmin hadisədən 1 gün əvvəl isə o, evliliyinin 15-ci ildönümünü qeyd edib.
 
Dostları bildiriblər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub və nəticədə intihar edib.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.