“Facebook”-da “Sabahınız xeyir” yazan müsəlman həbs edildi - Rəzalət

 
 
 
“Facebok”da “Hamının sabahı xeyir olsun” yazması fələstinlinin həbsi ilə nəticələndi. Moderator.az  xəbər verir ki, bu haqda İsrailin “Haaretz” nəşri məlumat yayıb. İordan çayının Qərb sahilində tikintidə işləyən fələstin vətəndaşı buldozerin yanında çəkilmiş fotosunun altında  ərəbcə “Hamının sabahı xeyir olsun” yazıb. Lakin yəhudi polislər bunu internet tərcüməçisində ivritcəyə “Onlara hücum edin!” kimi tərcümə ediblər.  Odur ki, fələstinlini ekstremizmdə şübhəli bilərək polis bölməsinə aparıblar.  Müsəlman polislərə gerçəyi izah etdikdən sonra onu buraxıblar.
Məlum olub ki, ərəb yazısında “Hamının sabahı xeyir olsun” ifadəsi “Onlara hücum edin” cümləsindən cəmi bir hərflə fərqlənir.
 
Sultan Laçın

Загрузка...
Загрузка...