Eynulla həkimə təşəkkürlər! Dələduz, alverçi həkimləri güllələmək yox, şillələmək lazımdır!

 
Çoxdan idi ki, xəstəlikdən əziyyət çəkirdim. 22.11.2016-cı ildə halım pisləşdi. Yaxın dostlar rayona təzə həkim gəldiyini bildirdilər. Qəbuluna getdim, cərrah Eynulla Qasımov test üsulu ilə İmişli Mərkəzi rayon xəstəxanasına ümumi cərrah təyin olunmuşdu. Diaqnozlara baxıb, müayinədən sonra mənə yazılmış dərmanları kənara qoymağı xahiş etdi, ucuz dərmanların reseptini yazdı. İki gündən sonra vəziyyətim tam bərpa olundu.
29.11.2016-cı il həkimin qəbuluna yenidən getdim. Evimiz MRX-na yaxın olduğu üçün, piyada getdim. MRX-ya, İmişlinin X. Bəylərov küçəsi ilə daha tez çatmaq olar. Küçə o qədər bərbad idi ki, ayaqqabılarım tamamilə toza bulaşmışdı( payız və  qış aylarında  isə bu yollar  palçıqla  örtülür). “Orion” MMC rəhbərliyini, xüsusilə, 6-7 vəzifəsi olan Mirkazım bəyi sakinlər kimi möhkəm qınadım. 10 il olar ki, bu küçəyə ayrılan pulların hesabına Mirkazım bəy tanka oxşar hündür avtomobillərə minir, Avtoyol rəisi Şükür Aslanov  da həmçinin. MRX həyətinə daxil olduqda elə sanırsan ki, Avropa klinikalarının birindəsən. Hər tərəf yaşıllıqdır. Binanın içərisinə keçəndə isə, toz-torpaqlı ayaqqabıdan mütləq utanmalısan.
Mənim Əsəd Orucov adlı istefada olan polis mayoru dostum var, deyir ki: “Bəy, mənə üç güllə verilsə, birincini həkimə, ikincini farsa, üçüncünü erməniyə ataram, üçüncü güllə açılmaya da bilər.”
Bir həkim 2016-cı il aprel ayında mənə forsla: “Sən məndən yazmısan ki, firma dərmanları yazıb, Antalyaya putyovka alır, yaxşı qazanırsan.” Bildirdim ki: “Sən kimsən ki, səndən yazım, səndən yazan mərhum həkim həmkarın filankəs idi.” Çox ağır ifadələrlə mərhumu təhqir etdi: “Mən nə indiki, nə də əvvəlki höküməti tanımıram, qalstuk vurmamışam, cins şalvarda gəzməmişəm, məndən nə yazsalar da, vecimə deyil”-dedi. Bir bunun təzə tank avtomobilinə, bir də ədabaz sifətinə baxdım, ağır ifadələri işlətməkdən özümü güclə saxladım. Sonra öyrəndim ki, həyat yoldaşı torpaqlarımızı işğal edən, soyqırım yaradan qonşuların əziz giramısıdır. O qədər tamahkardır ki, özü xəstə olsa da, həftənin 5-ci, 6-cı, 7-ci günləri Bakıdakı özəl klinikalarda pul qazanır. Əsəd Orucov da belələrini güllələmək istəyir.
Mənim təzə həkimim isə, Eynulla Qasımov Tibb Universitetinin ümumi cərrahiyə kafedrasının müəllimi olub. 2004-2013-cü ilərə qədər Bakı şəhəri Biləcəri qəsəbəsinin 2 saylı Dəmiryolu Poliklinikasında cərrah işləyib. İmişliyə gələnə qədər özəl klinikalarda çalışıb. İki oğulunun böyüyü Üzeyir Qasımov Bakı Dövlət Universitetinin hüquq fakultəsini, digər oğlu Adil Qasımov Dövlət İdarəetmə Akademiyasının hüquq fakultəsini bitirib.
Sual verirəm: “Niyə Bakı kimi azman şəhəri qoyub, əyalətə üz tutdunuz?” Dedi: “Mən İmişli rayonunun Qaralar kəndində boya-başa çatmışam, orta məktəbi də ele burada bitirmişəm.” Cənab İlham Əliyev bütün rayonlara səfər edəndə deyir ki, mənim üçün ölkənin bütün rayon, kəndləri elə mərkəzdir. Mən də biliyimi İmişli həmyerlilərimə xidmət etməklə, özümü xoşbəxt hesab edirəm. Üzündəki mülayimlik, sadə geyimi onun əsl ziyalı biri olduğunu deyir. Az müddətə bu qədər  hörmət qazanmaq asan deyil. Erməni kəşfiyyatçıları kimi içimizə girib, pul qazanan, saxta dərmanlarla xəstələrin vəziyyətini ağırlaşdırıb fırladan, qadın kimi özünə tumar  verib, ətirlənənlərdən 100 qat fərqli əsl həkimdir. Ən əsası, ziyalıdır.
Eynulla həkim sual verir ki: “Niyə mənim həmkəndlilərim Əvəz Şükürov, Əsabil Qasımovu çox ciddi tənqid edirsən, KİV-lərdə, portallarda, imişlilər sizin yazılarınızı tapmayanda dilxor olurlar, düşmən bildikləriniz də sizi oxumadan rahatlanmır.”
Həkim, siz xəstələrin həkimisiniz, bizlər isə xəstə cəmiyyətin, harınlamış zümrələrin həkimiyik, hər ikimiz ziyalıyıq. Fərqimiz - sizdə cərrah bıçağı, bizdə cərrah qələmi var-dedim.
Həkimə təşəkkür edib Əsəd Orucovu axtarmaq üçün getdim. Əsəd əmi “həkimlərin içərisində ziyalı daha çoxdur, siz onları tanımırsınız, siz həkimlərin ən pisinə- cəllad, dələduz, savadsız olanlarına tuş gəlmisiniz” kimi fikirlər səsləndirərdi. “Eynulla həkimlə görüşün, narazı qalsanız, məni də güllələyin”deyə Eynulla həkimin ünvanına təriflər yağdırmışdı.
 
 Yatmış vicdanı oyatmaq üçün güllə yox, sillə kifayətdir, kifayət etməsə, erməni cəlladlarını güllələyən kimi, güllələ, mən də sənin korrespondentin.
Məhbub Zülfüqarlı
Allah rəhmət eləsin!
Mirqiyas Kazımov, Ramiz Rzayev, Fərahim Quliyev, Aynur İskəndərli Hacı  Sabitə, qardaşı İlham Mirzəxan oğlunun vaxtsız vəfat etməsi ilə əlaqədar, mərhumun bütün yaxınlarına dərin hüznlə başsağlığı verib, Allah-Təaladan səbr diləyirlər. 

Загрузка...
Загрузка...