Eynulla Fətullayevi hansı müxalifət lideri satıb?

 
Eynulla Fətullayev: “Məni bir müxalifət lideri satdı”
 
Bu sözləri Haqqin.az portalının rəhbəri “Yeni Müsavat” qəzetinə müsahibsində deyib. Onun sözlərinə görə Akif Çovdarovu adını 2007 – ci ildə eşidib. – “Akif Çovdarov adını 2007-ci ilin mart ayına qədər eşitməmişəm. Çovdarov mənim eşitdiyim ilk azərbaycanlı soyadı idi. O zaman bir nəfər bunun adını həbsxanada çəkmişdi (Mən onunla gedib həbsxanada görüşmüşdüm). Mən Elmar Hüseynovun qətlinin izi ilə gedirdim. Əslində başqa bir adamın izi ilə gedirdim. Amma mənə dedilər ki, yox, yanlış izdəsən. Orda yeni Hacı Məmmədov var, onun da adı Akif Çovdarovdur…
 
– Ondan sonra məni bir müxalifət lideri satdı. Mən bu müxalifət liderinə zəng etdim, çünki onun məlumatlı, informasiyalı olduğunu bilirdim… Ondan görüş istədim, bulvarda çay içdik. Ona dedim ki, MTN-də Çovdarov deyə biri var, onunla bağlı məlumatlısızmı? Amma bu adamla danışanda mən bilməmişəm ki, onun keçmiş MTN rəhbərliyi ilə əlaqəsi var. Demək, bu adam mənlə görüşəndən sonra dərhal gedib MTN rəhbərliyinin yanına. Onlara deyib ki, Eynulla Fətullayev mənimlə görüşdü və Akif Çovdarovla maraqlandı. Bunlar da şübhələniblər. Çünki Akif Çovdarov o zaman qapalı isim idi. “
 
“Elchi.az” Eynulla Fətullayevin yaxin çevrəsində apardığı araşdırmalarda bu şəxsin İqbal Ağazadə olduğu müəyyənləşib.