​Eynşteynin özündən ağıllı sürücüsü varmış...

 
 
Eynşteyn getdiyi hər yerə sürücüsü ilə gedərmiş. Bir gün konfransa getdikləri zaman sürücü Eynşteynə deyir ki, mən sizin bütün konfranslarınızda oturub sizə qulaq asıram, bu səbəbdən də danışdıqlarınızın hər birini hərfi-hərfinə bilirəm. Fürsətdən istifadə Eynşteyn deyir ki, indi getdiyim konfransda məni heç kəs tanımır, sən mənim yerimə konfransa çıxıb danış.
 
Sürücü Eynşteynlə razılaşır və hər şey qaydasında gedir. Konfransın sonunda salondakılardan biri çox cətin bir fizika sualı soruşur. Bu zaman bizim çevik sürücü ona deyir ki, bu elə asan sualdır ki, bunu mənim sürücüm də bilər. O, Eynşteyni sürücü kimi qələmə verir, Eynşteyn də sualı cavablandırır...

Загрузка...
Загрузка...