Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat - Hər yerə corabsız gedirdi...

 
 
Hamı Eynşteyni bütün dünyada məşhur olan elm adamı kimi tanıyır. Hansı ki, E=mc2 formulunu elm dünyasına gətirib. Bəs bu dahi haqqında 10 ən maraqlı məlumatı bilirsinizmi?
 
1. Gəmidə səyahət etmək
 
Eynşteyn İsveçrənin Sürix şəhərində Politexnik İnstitutuna daxil olduqdan sonra sözün əsl mənasında yelkənli qayığa aşiq oldu. O, qayıqla tez-tez gölə gedər, qeyd kitabçası çıxarar, istirahət edər və düşünərdi. Eynşteyn üzməyi öyrənməsə də, həyatı boyu hobbi olaraq qayıq sürməyi davam etdirdi.
 
2. Eynşteynin beyni
 
1955-ci ildə dünyasını dəyişəndən sonra onun öz vəsiyyəti ilə cəsədi yandırılaraq külü ətrafa səpildi. Cəsədinin yandırılmasından əvvəl Princeton xəstəxanasının patalogisti Tomas Harvey onun beynini yarıb çıxardı. Alimin beynini bədənə qaytarmaq əvəzinə Harvey tədqiqat üçün onu özündə saxlamağa qərar verdi. Lakin Harveyin Eynşteynin beynini özündə saxlamağa icazəsi yox idi, lakin bir neçə gün sonra Eynşteynin oğlunu bunu elmə kömək olacaq deyə razı salmağa müvəffəq oldu. Qısa müddətdən sonra Harvey Princetondakı işindən qovuldu, çünki o, Eynşteynin beynini qaytarmağı rədd etmişdi. Keçən qırx il ərzində Harvey Eynşteynin doğranmış beynini (240 hissəyə bölmüşdü) iki mason bankasında ölkə boyu gəzdirdi. Hər səfərində Harvey beyni daha kiçik hissələrə bölüb araşdırmaçılara göndərirdi.
Nəhayət 1998-ci ildə Harvey onun Princeton xəstəxanasına qaytardı.
 
3. Eynşteyn və skripka
 
Eynşteynin anası Pauline təcrübəli pianoçu idi və arzu edirdi ki, oğlu da musiqini sevsin. Belə ki, altı yaşında onu skripka dərslərinə qoydu. Nə yazıq ki, ilk başda Eynşteyn skripka çalmağa nifrət edər və kartlardan ev düzəltməyi daha çox sevərdi. Həqiqətən də bu işdə çox mahir idi. 13 yaşı olanda Eynşteynin skripkaya qarşı fikirləri birdən-birə dəyişdi. Bu dəyişim Motsartın musiqisini eşidəndən sonra oldu. Bu yeni ehtiras ilə Eynşteyn ömrünün sonuna qədər skripkada ifa etməyi dayandırmadı.
 
4. İsrailin prezidenti
 
Sionist lider və İsrailin ilk prezidenti Chaim Veizmann 1952–ci il noyabrın 9-da vəfat etdikdən bir neçə gün sonra Eynşteyndən İsrailin ikinci prezidenti olmaq istəyib-istəmədiyi soruşuldu. 73 yaşlı Eynşteyn bu təklifi qəbul etmədi. Rəsmi imtina  məktubunda o, təkcə “fiziki imkanlarının imkan vermədiyini və insanları idarə etmə təcrübəsinin olmadığını” demədi, həmçinin də artıq yaşlandığını əsas gətirdi.
 
5. Corabsız
 
Eynşteyn cazibəsinin əsas hissəsindən biri onun “dağınıq” görünüşü idi. Belə ki, daranmamış saçlardan başqa, ona xas xüsusiyyətlərdən biri də daima corabsız gəzməsi idi. Fərqi yoxdur, o, qayıqla səyahətə çıxsın və yaxud Ağ Evdə nahar etsin, hər yerə corabsız gedirdi. Corab onun üçün narahatlıq gətirirdi, çünki tez-tez cırılırdı. “İkisi də ayrı-ayrılıqda işə yarayırsa, nədən həm corab, həm də ayaqqabı geyinək?” deyirdi.
 
6. Sadə kompas
 
Beş yaşlı Eynşteyn xəstə yatağında ikən  atası ona sadə bir cib kompası hədiyyə etdi. Eynşteyn dərin fikrə getdi. Hansı bir qüvvə kiçik iynənin tək bir nöqtədə durub hərəkət etməsini idarə edir? Bu sual Eynşteyni uzun illər məşğul etdi və elmə olan heyranlığının əsasını qoydu.
 
7. Soyuducunun layihəsi
 
Albert Eynşteyn “nisbilik nəzəriyyəsi”ni yaratdıqdan 21 il sonra spirt qazı ilə işləyən soyuducu icad etdi. Lakin yeni icad mövcud texnologiyanı gərəksiz hala gətirdiyi üçün istehsal olunmadı. Eynşteyn bu soyuducunu bir ailənin kükürddioksid yayan bir soyuducudan zəhərlənməsini eşitdikdən sonra icad etdi.
 
8. Siqaretə aludə
 
Eynşteyn siqaret çəkməyi sevirdi. Öz evi ilə Prinston ofisi arasında gəzərkən onun arxasınca bir tüstü izini görmək olardı. Dağınıq saçlar, enli və tökük paltarlar və əlində tənbəki çubuğu haradasa onun imicinin böyük bir hissəsi idi.
Eynşteyn deyirdi: "Mən hesab edirəm ki, qəlyan, siqaret çəkmək insanın bütün məsələlərinin bir qədər sakit və obyektiv həllinə öz töhfəsini verir. Baxmayaraq ki, o tənbəkini sevirdi, heç zaman siqaret və hətta siqardan imtina etməmişdi.
 
9. Öz xalası qızı ilə evləndi
 
Eynşteyn 1919-cu ildə ilk həyat yoldaşı Mileva Maric-dən boşandıqdan sonra xalası qızı Elsa Loevental ilə evləndi. Onlar bir-birinə nə qədər yaxın idi? Çox yaxın. Elsa ailəsinin hər iki tərəfi Albert ailəsinə  bağlı idi. Albertin və Elsanın anası bacı idi, Albertin atası isə Elsanın atası ilə əmioğlu idilər. Hər ikisi uşaq olarkən birlikdə oynayır, ancaq onların romantik bağlılığı Elsanın evlənib boşanmasından sonra başlandı.
 
10. Qeyri-qanuni övlad
 
1901-ci ildə Albert Eynşteyn və Mileva Maric evlənməzdən öncə bu iki kollecdə oxuyan sevgililər İtaliyadakı Komo gölünə bir romantik səfər planladılar. Səfərdən sonra Mileva hamilə olduğunu hiss etdi. Həmin ildə qeyri-qanuni doğulan uşaqlar nadir hal olmasa da, yenə də cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Lakin Eynşteynin öz işindən patent alana qədər Mileva ilə  evlənmək və uşağı böyütmək üçün pulu yox idi. Eynşteynin şöhrətini ləkələməmək üçün Mileva öz evlərinə geri döndü və öz qızına Lieserl adını qoydu. Eynşteynin qızı haqqında çox məlumat yoxdu, bircə 1903-cü il sentyabr ayında Eynşteynin ona göndərdiyi məktubda azca məlumat var. Hesab edilir ki, Lieserl uşaq yaşlarında dəhşətli qızdırmadan dünyasını dəyişib və yaxud da sağ qalsa da, sonradan övladlığa verilib. Həm Mileva həm də Eynşteyn bu qeyri-qanuni doğulan uşağı daima gizlətmişlər, Eynşteynin həyatını araşdıran alimlər bu uşağın varlığını çox sonralar aşkar etdilər.
 
Tərcümə etdi: Osman Eminov

Загрузка...
Загрузка...