​Eynşteynin dünya alimlərini birliyə səsləyən məktubu: ”Sülh uğrunda birləşin”

 
 
 
 
Dünyanın ən böyük alimlərindən sayılan, müasir fizikanın “atası”, Nobel mükafatçılı alim Albert Eynşteyn psixoanalizin banisi, filosof Ziqmund Freydə yazdığı məktubunda bəşəriyyətin bu gün üzləşdiyi çox ciddi problemlərə güzgü tutur. Bu, əslində, bütün dünya alimlərinə ünvanlanan məktubdur. Dahi alim zaman və məkandan asılı olayaraq bütün həmkarlarını dünyanın rifahı uğrunda birləşməyə çağırır.
 
Moderator.az həmin məktubu təqdim edir:
 
“Çox hörmətli, Cənab Freyd, həqiqəti tapmaq istəyinin sizdəki bütün istəkləri necə dəfn etməsi çox qəribədir. Müharibə və dəhşətlərin insanda sevgi və həyat eşqi ilə nə dərəcədə dəqiq kontrasa girməsini çox gözəl incələmisiniz. Amma inandırıcı dəlillərinizlə bərabər, həm də onlara çata bilməyin acı həsrəti  ortaya çıxır. Bu həsrət insanın daxili və xaricində baş verən bütün müharibələrlə bağlıdır. Bu böyük həsrətdə həm də zamanlarının, xalqlarının düşüncə etibari ilə öndə gedən bütün dahiləri, böyük insanları birləşir. İsadan tutmuş Höteyə qədər, Kanta qədər bütün insanları bu xilasın həsrəti birləşdirir. Bu şəxsiyyətlər dünyada insanlar arasındakı münasibətləri qaydaya sala bilməsələr də, onların bütün bəşəri düşüncə və əxlaqın önündə getmələri şübhəsizdir.
 
İnanıram ki, fəaliyyətləri ilə yol göstərmək missiyasını həyata keçirən bu cür insanlar ən kiçik fürsətdə belə bir-biriləri ilə eyni ideologiyanı paylaşmaqdadırlar. Çox təəssüf ki, siyasi proseslərin üzərində o qədər də böyük təsir gücünə malik deyillər.
 
Xalqların, millətlərin taleyini, müqəddəratını cızan bu adamlar çox təəssüf ki, cilovu tamamilə siyasi adamların əlinə veriblər. Haqqında danışdığımız bilgələr, ziyalılar çox kriteriyalarda öndə getsələr də xalqların taleyi istiqamətində heç bir təsir gücləri yoxdur. Həmin şəxslərin bu gün ora –bura dağılmaları onların təsir gücünü daha da azaldır. Yer üzündəki sülh, barış naminə, insanlar arasındakı münasibətlərin sağlamlaşması naminə bu kimi adamların bir araya gəlmələri zəruri deyilmi? Təbii ki, elmi müəssisələrdə də rastlanan çatışmazlıqları nəzərə alaraq deyə bilərik ki, bu işin də müəyyən nöqsanları olacaq. Amma yenə də səy göstərmək lazımdır. Şəxsən mən bu işi çox böyük məsuliyyət hesab edirəm. Dünya aydınlarının savaşa qarşı birgə mübarizə aparması dini sektaların da müharibənin əksinə çıxmalarına şərait yaradacaq.
 
“Mən sülh uğrunda mübarizə aparmaq istəyirəm. İnsan savaş, döyüş missiyasından imtina etmədiyi təqdirdə Yer üzündə heç bir müharibənin qarşısını almaq mümkün olmayacaq. İnsanın sülh uğrunda ölməsi müharibə üzündən əzab çəkməsindən daha yaxşıdır. Dərsliklər müharibəni şişirdir, amma dəhşətlərini isə anlatmırlar. Mən onlara sülhü öyrətmək istəyirəm, müharibəni yox, sevgini öyrətmək istəyirəm, nifrəti yox!”
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...