Eyfel Belçika bayrağı rənginə boyanıb

Eyfel Belçika bayrağı rənginə boyanıbDünyanın aparıcı informasiya agentlikləri Paris paytaxtının rəmzi olan Eyfel qülləsinin martın 22-si axşamı Belçika bayrağı rənginə boyanmış fotoşəkillərini yayıblar. Bressel aeroportunda və metrosunda baş verən, insan itkisi ilə nəticələnən terror hadisələrinin qurbanlarının xatirəsini yad edən Fransa Belçika ilə həmrəyliyini belə bildirib.
Bundan az əvvəl Paris meri Ann Hidalqo “Tvitter” səhifəsində bildirib ki, qüllənin yuxarı və orta hissələri qırmızı və sarı rəngli işıqlarla aydınlanacaq, aşağı hissəsi isə Belçika bayrağındakı qara rəngə uyğun gəlməsi üçün işıqlandırılmayacaq.
Xatırladaq ki, Parisdəki terror aktlarının təşkilində əsas şübhəli sayılan Salah Abdeslam Brüsseldəki partlayışlardan dörd gün əvvəl məhz Belçikanın paytaxtında həbs edilmişdi. Həm ötən ilin noyabrında Fransa paytaxtında baş verən qanlı hadisəyə görə, həm də Belçikadakı son terror aktlarına görə məsuliyyəti özünü “İslam dövləti” adlandıran təşkilat boynuna götürüb.