Evakuator avtomobili görün nə hala saldı – Video

Bakıda evakuator dayanma-durma qaydasını pozan sürücünün avtomobilini apararkən nəqliyyat vasitəsinin alt hissəsindəki qoşqunu qoparıb.
 Axar.az xəbər verir ki, hadisə ötən gün baş verib.
 Sürücü avtomobilini yol kənarında saxlayıb mağazaya gedib. Dayanma-durma qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəyib. Lakin avtomobili evakuatorun yedəyinə alarkən qoşqu yeri zədələnib. Evakuatorun sürücüsü hadisə yerini dərhal tərk edib.
 Ekspert Ərşad Hüseynov xəzər xəbər-ə açıqlamasında evakuasiya zamanı avtomobilə dəymiş ziyanı həmin qurumun qarşılamalı olduğunu deyib. Yəni bu hadisəyə görə sürücü iddia qaldırıb dəymiş ziyanı Dövlət Yol Polisinə ödətdirə bilər.