Ev şəraitində kartof maskası ilə dərinizi belə təzələyin... - FOTOLAR

Baxış sayı: 
143
0  
0  

 
 
Heç düşündünüzmü gündəlik istifadə etdiyiniz kartofla təkcə yemək bişirmək yox, eləcə də  üz dərinizə qulluq edə bilərsiniz.
 
Moderator.az dərinizi körpə dərisi kimi yumşaldacaq bir neçə kartof maskası formasını təqdim edir:
 
1. Təmizlənmiş çiy (xam) kartofu sürtkəcin xırda gözündən keçirdin, sıyıqı tənzifin iki qatının arasında yerləşdirin, 15-20 dəqiqə üzünüzə maska şəklində qoyun və ilıq suyla yuyun. Maska qıcıqlanmaya meylli həssas dəri üçün, həmçinin şişmiş göz altı, qırışlar zamanı tövsiyə edilir. Bu masaka dərini hamarlaşdırır, yumşaldır, nəmləndirir və canlandırır. Üzdə sızanaqlar olduqda bu maskanı 1-2 saat saxlamaq lazımdır.
 
2. Çiy kartofu təmizləyib, nazik dilimlərə bölün. Onları 15 dəqiqə təmiz üzdə saxlayın , sonra ilıq suyla yuyunun. Bu prosedur dərini yumşaldır və ağardır, dəri elastik olur və təbii parıltını əldə edir.
 
 
 
3. Qaynamış kartofu zeytun yağıyla qarışdırın üzərinə bir neçə damcı limon şirəsi əlavə edin. Sıyıqı 20 dəqiqə ərzində üzə vurun daha sonra əvvəlcə isti, sonra soyuq suyla yuyun. Bu maska quru dərisi olan xanımlara tövsiyə edilir.
 
 
4. Növbəti maska quru və normal dərini yaxşı təravətləndirir: kartof sıyıqını yumurta sarısıyla qarışdırıb ilıq vəziyyətdə 20-30 dəqiqə üzünüzdə saxlayın, üstündən dəsmal qoyun.

Загрузка...
Загрузка...