"Eurovision" təmsilçimiz Rusiyada çıxış edəcək (VİDEO)

"Eurovision - 2016” mahnı müsabiqəsinin 10 iştirakçısı aprelin 3-də Moskvadakı "İzvestia Hall”da çıxış edəcək.
Turaninfo.az APA-nın məlumatına istinadən , konsert proqramında Rusiyanı builki yarışmada təmsil edən Sergey Lazarevlə yanaşı, Azərbaycan təmsilçisi Səmra Rəhimli, eləcə də Albaniya, İsveçrə, Makedoniya, Ermənistan, Kipr, İspaniya, Malta, Moldova və Belarus təmsilçiləri də çıxış edəcəklər.
Qeyd edək ki, S. Rəhimli müsabiqədə "Miracle” ("Möcüzə”)” mahnısını ifa edəcək.