"Eurovision - 2016"nın qalibi Ukrayna oldu

"Eurovision - 2016" mahnı müsabiqəsinin qalibi məlum olub. Azərbaycanın da 10 xal verdiyi Ukraynadır.
 
Ukrayna təmsilçisi Jamalanın ifa etdiyi “1944” adlı mahnı 534 səs toplayıb.
 
Jamalanın ifa etdiyi “1944” adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir.
 
Mahnının nəqarət hissəsi türk dilindədir.
 
Müsabiqədə 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub.
 
"Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.
 
 Azərbaycan Rusiyaya maksimum xal verdi
 
Stokholmda “Eurovision-2016”nın final mərhələsində səsvermənin nəticələri açıqlanır.

Azərbaycan maksimum xalı (12) Rusiyaya, 10 xalı isə Ukraynaya verib.
 
“Eurovision-2016” səsvermə başladı
 
Avropanın ən böyük mahnı müsabiqəsi olan "Eurovision"da artıq səsvermə başlayıb.
 
Məlumatına görə, səsvermə davam edərkən müsabiqənin fəxri qonağı məşhur müğənni Castin Timberleyk "Can't stop the feeling" mahnısını ifa edib.
Final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir:
 
1. Belçika, 2. Çexiya, 3. Niderland, 4. Azərbaycan, 5. Macarıstan, 6. İtaliya, 7. İsrail, 8.Bolqarıstan, 9. İsveç, 10. Almaniya, 11. Fransa, 12. Polşa, 13. Avstraliya, 14. Kipr, 15. Serbiya, 16. Litva, 17. Xorvatiya, 18. Rusiya, 19. İspaniya, 20. Latviya, 21. Ukrayna, 22. Malta, 23. Gürcüstan, 24. Avstriya, 25. Böyük Britaniya, 26. Ermənistan.
 
Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
 
61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.
 
Səmra Rəhimli “Eurovision 2016” mahnı müsabiqəsinin finalında
 
Stokholm "Globe" arenada Avropanın ən geniş miqyaslı tədbirlərindən olan və mütəmadi keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin finalına start verilib.
 
26 ölkənin iştirak etdiyi yarışmaya Belçika təmsilçisinin ifası ilə start verilib. Digər ölkə təmsilçiləri Çexiya, Niderland,  Azərbaycan, Macarıstan, İtaliya, İsrail, Bolqarıstan, İsveç, Almaniya, Fransa, Polşa,  Avstraliya, Kipr, Serbiya, Litva, Xorvatiya, Rusiya, İspaniya, Latviya, Ukrayna, Malta, Gürcüstan, Avstriya, Böyük Britaniya, Ermənistan ardıcıllığı ilə səhnəyə çıxacaq.
 
Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı  ilə təmsil edən Səmra Rəhimli 4-cü çıxış edib.
 
Finalın keçiriləcəyi "Globen" arenada yarışın finalına 10,5 mindən çox bilet satılıb. Arenada təhlükəsizlik tədbirləri gücləndirilib: rentgen qurğuları və dəmir detektorları quraşdırılıb. Tamaşaçıların çoxluğunu nəzərə alaraq "Globen" yaxınlığında yerləşən "Tele2" arenasında da yarışma nəhəng ekranlarda canlı nümayiş olunacaq. "Tele2" arenasının da 10 mindən çox bilet satdığı bildirilib.
 
Layihənin prodüseri Krister Byerkmanın dediyinə görə, builki səsvermə fərqli üsulla aparılacaq. Səsvermə  tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq. Tamaşaçılara maksimum həyəcan söz verən layihə rəhbəri qaliblərin adının aşağı yerlərdən başlayaraq açıqlanacağını bildirib.
 
Qalib hər il olduğu kimi növbəti dəfə yarışmanın təmsil etdiyi ölkənin ərazisində keçirilmə hüququnu qazanacaq. Ona klassik formalı büllur mikrofon hədiyyə olunacaq. 2008-ci ildən bu yana büllurun üzərinə hər il dəyişiklik edilir. Yarış mükafatının üzərində keçirildiyi şəhərin adı yazılır və ürək formalı "Eurovision" loqosunun içərisinə müvafiq ölkənin bayrağının rəngləri çəkilir.