"Eurovision 2016" təmsilçimiz Səmraya evlilik təklifi gəldi (FOTO)

"Eurovision 2016"-nın açılış mərasimində azərbaycanlı iştirakçı Səmra Rəhimli evlilik təklifi alıb.
 BAKU.WS məlumat verir ki, "Eurovision 2016" mahnı müsabiqəsinin azərbaycanlı iştirakçısı Səmra Rəhimliyə Niderlandın iştirakçısı Daue Bob evlilik təklifi edib. Bu haqda Səmra sosial şəbəkədə yazıb:
 "Mən Daue Bobdan qırmızı xalçada evlilik təklifi aldım. Sizcə ona hə deyim?",- deyə ifaçı yazıb.
 Qeyd edək ki, "Eurovision 2016” mahnı müsabiqəsinin birinci yarımfinalı bu gün, ikinci yarımfınalı mayın 12-də, final isə 14-də baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle” mahnısı ilə təmsil edəcək