"Eurovision-2016"-nın ukraynalı qalibi: "Mən Rəşid Behbudovun mahnıları ilə böyümüşəm"

İsveçin paytaxtı Stokholmda növbəti «Eurovision» mahnı müsabiqəsi başa çatıb.
Münsiflər heyəti və tamaşaçıların daha çox səsini toplaya bilmiş Ukrayna təmsilçisi Camala «1944» mahnısı ilə yarışın qalibi olub.
Virtualaz.org xatırladır ki, Camala təxminən iki ay əvvəl haqqin.az saytına eksklüziv müsahibə vermişdi.
O, həmin müsahibədə bildirmişdi ki, Azərbaycanın xalq musiqisini çox bəyənir: “Hətta bir neçə mahnını əzbər bilirəm. Mən Rəşid Behbudovun, Polad Bülbüloğlunun və əlbəttə ki, Vaqf Mustafazadənin mahnıları ilə böyümüşəm...”
Camala onu da vurğulamışdı ki, bir neçə dəfə Bakıda olub və məmnuniyyətlə yenə gəlmək istəyərdi: “ Mən bir dəfə Bülbül adına akademik müsabiqənin iştirakçısı, hətta favoriti də olmuşam. Orada hörmətli Polad Bülbüloğlu ilə şəxsən tanış oldum.
Mənim Azərbaycanla bağlı çox xoş xatirələrim var – gülərüz insanlar, dadlı yeməklər, isti münasibət, bir sözlə, mənim sevdiyim hər şey...”