"Eurovision-2016"-nın ilk yarımfinalı bu axşam saat 11-də başlanacaq

Bu axşam İTV-də Eurovision yarışmasının 1-ci yarımfinalı canlı yayımlanır.
Səmra Rəhimli "Miracle" mahnısı ilə 14-cü çıxış edəcək.
İTV ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən xəbərə görə, Eurovison 2016 Mahnı Müsabiqəsinin 1- ci yarımfinalı bu axşam saat 23 00-da Ictimai TV- də canlı yayımlanacaq.
Azərbaycan iştirakçısı Səmra Rəhimli "Miracle" mahnısı ilə 14 cü çıxış edəcək. 2-ci yarımfinal mayın 12- si saat 23:00-da, final isə mayın 14- ü saat 23:00 - da yayımlanacaq.
Qeyd edək ki, bu ilki Eurovision yarışması Isveçdə keçiriləcək.