“Eurovision-2016” final həyəcanı başladı – CANLI YAYIM

Stokholmda Globe Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin finalına start verilib.
Musavat.com xəbər verir ki, 26 ölkənin iştirak etdiyi yarışmaya Belçika təmsilçisinin ifası ilə start veriləcək. Digər ölkə təmsilçiləri isə  Çexiya, Niderland,  Azərbaycan, Macarıstan, İtaliya, İsrail, Bolqarıstan, İsveç, Almaniya, Fransa, Polşa,  Avstraliya, Kipr, Serbiya, Litva, Xorvatiya, Rusiya, İspaniya, Latviya, Ukrayna, Malta, Gürcüstan, Avstriya, Böyük Britaniya, Ermənistan ardıcıllığı ilə səhnəyə çıxacaq.
Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı  ilə təmsil edən Səmra Rəhimli 4-cü çıxış edəcək.