Etmədiyi cinayətə görə 46 il həbsdə yatan kişi azadlığa çıxdı - FOTOLAR

 
 
ABŞ-da 65 yaşlı məhbus Ulibert Cons 46 illik həbsxana həyatından sonra azadlığa çıxıb. Hansı ki, həmin vaxtı onu etmədiyi cinayətə görə həbs ediblər. Tibb bacısını zorlamaqda ittiham olunan Consun onda 19 yaşı olub. Onu 1971-ci il oktyabrın 2-də həbs ediblər. Həmin vaxtı hadisədən xəbərsiz olduğunu desə də, onu ömürlük həbs ediblər.
 
Həmin vaxtı Consun təqsirli olmadığını sübut edən faktlar gizlədildiyindən onu həbs ediblər. Zorlandığı deyilən tibb bacısı isə 2008-ci ildə vəfat edib. Tibb bacısının həyat yoldaşı isə Consun azadlığa çıxmasına qarşı çıxmayıb. O, deyib ki, Cons ömürünün çox hissəsini həbsxanada keçirib və indi o, ailəsinin yanında qalsa yaxşıdır.
 
İndi maraqlıdır ki, etmədiyi cinayətə görə ömrünün 46 ilini həbsxanada keçirən Cons, bunun hesabını kimdən soracaq.

Загрузка...
Загрузка...