Erotik səhnələriylə reytinq qıran “Fi-Çi” serialının fanatlarına BƏD XƏBƏR - BİTİR

Baxış sayı: 
156

Azra Kohenin müəllifi olduğu “Fi-Çi-Pi” romanı əsasında çəkilən eyniadlı serial ikinci mövsümdə bitəcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yazıçı özü məlumat verib. Radio proqramında qonaq olan Azra Kohen erotik səhnələriylə reytinq qıran “Fi-Çi-Pi” serialının 2-ci mövsümdə bitirilməsinə qərar verib. Yazıçı 4 mövsüm davam etməli olan serialın 2-ci mövsümdə bitməsini belə izah edib:
"Birinci mövsüm kitabın ilk hissəsiylə bağlı idi, amma ikinci hissədən sonra hər şey dəyişir. Üçüncü hissədən etibarən kitabdakı istinad nöqtələri sabit qalaraq tamamilə başqa hekayə danışırlar. İkinci mövsümdə təkcə obrazlar var, odur ki, ikinci mövsümdə bitirilməsinə qərar verdim. Buradan “Ay Yapım”ın görüşünə gedəcəyik. Doğru olanı etmək lazımdır, hazırkı serial isə əsas mövzudan yayındığı və məqsədinə xidmət etmədiyi üçün davam etməsinin mənası da yoxdur. İnsanlar oturduğum yerdən çox gözəl pullar qazandığımızı düşünə bilər, ancaq məni həqiqətən yaxından tanıyanlar bilsinlər ki, məqsədim heç vaxt çoxlu pul qazanmaq olmayıb. Bir şey səhv getdiyi zaman dayandırmaq üçün əlimdən gələni edirəm".
Azra Kohen onu da bildirib ki, dörd mövsüm davam etməli olan serialı ikinci mövsümdə bitirmək böyük hesablaşmalara yol açacaq:
“Düşmən qazanmadan bunu bacaracağıma inanıram. Düşmən qazansam da, balalarımı saxlamaq üçün bir ana kimi davranmalıyam. Zərbə yeməli olan varsa, vururam. Serialın böyük komandası var. Müxtəlif standartlarda çəkilir. Mert Baykal məsuliyyətli rejissordur. Eyni zamanda, direktorumuz da çox yaxşı insandır. Heç vaxt ədalətsizlik etmək istəmərəm. Problem ondadır ki, serial kitabların ssenarisi əvvəlcədən hazır olduqdan sonra çəkilməli idi. Hazırda gah ssenari gözləyirik, bəzən uzun çəkir, bəzən başqa çatışmazlıqlar çıxır. Bu, “Ay Yapım”ın ən gözəl layihəsidir. Bunu mənə hər zaman hiss etdirdilər. Amma materialın sıxlığı o qədər çoxdur ki, o çoxluğun içindən hekayə çıxarıb 60 dəqiqəyə sığışdırmaq çox çətindir. Müəyyən yerlərə toxunmadan çıxarılan hekayə də romana uyğun gəlmir. Əllərindən gələni etdilər. Bu torpaqlarda bu işi qura bilən ən yaxşı kollektivlə çalışdığımdan əminəm".

Загрузка...
Загрузка...