“Ermənistan”ın sahibinin oğlu “Hummer”lə şəhəri bir-birinə qatdı, piyadaları vurdu, maşınları əzdi - VİDEOLAR

 
Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində “Ermənistan” restoranının sahibinin oğlu “Hummer” avtomobili ilə küçələri bir-birinə qatıb.
 
Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, erməni avtoxuliqan əvvəlcə işıqforun qırmızı işığında keçib və patrul polisinin dayanmaq barədə tələbinə məhəl qoymayıb. Nəticədə polislər onu qovmağa başlayıblar.
 
“Hummer”in arxasınca bir neçə polis maşını düşüb. Hollivud filmlərinin süjetini xatırladan qovma əməliyyatı zamanı polis maşınlarından biri idarəetməni itirirərək səkiyə çıxıb və piyada qızı vurub. “Hummer”in sürücüsü də avtomobili səkiyə çıxarıb və iki piyadanı vuraraq onlar xəsarət yetirib.
 
Daha sonra Kremençuqdan çıxıb və qovma əməliyyatı Pesçanoe kəndində davam edib. “Hummer”in sürücüsü onu dayandırmağa çalışan polis maşınından yayınmaq üçün “Audi” avtomobili ilə tarana gedib, sonra maşındakı sərnişini düşürüb və maşını çöllüyə sürüb.
 
Ardınca maşından düşərək polislərin təqibindən piyada qaçmağa başlayıb. Polislər əvvəlcə sərnişini saxlayıb polis bölməsinə aparıblar.
 
Daha sonra “Hummer”in sürücüsünü də yaxalandığı haqda məlumat verilib. Qovma əməliyyatı zamanı ikisi polis maşını olmaqla üç maşın əzilib.