Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir

Ermənistanın baş naziri Ovik Abraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.
 
Bu barədə Turaninfo.az İnterfax-a istinadən hökümət dairələrindəki mənbə məlumat verib.
 
Məlumatda bildirilir: “Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Ovik Abramyanın istefası barədə sabah elan ediləcək. Yeni baş nazir İrəvanın sabiq meri Karen Karapetyandır”.
 
Mənbənin bildirdiyinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da istefası gözlənilir.
 
“Çox güman ki, bu vəzifəyə Ermənistanın Prezident Aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, - deyə adı açıqlanmayan şəxs KİV-ə bildirib.