Ermənistanın baş naziri istefaya gedəcəyini istisna etmir

"Müvafiq departamentlər xərclərin azaldılması ilə bağlı mənim tapşırığımı yerinə yetirməsələr, o zaman istefaya gedəcəyimi istisna etmirəm".
 APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan jurnalistlərə açıqlamasında bildirib.
 “Biz müəyyən vaxt ərzində bir sıra iqtisadi layihələr həyata keçirdik. Əgər insanlar inanmırlarsa, onda işimizi onlar bizə inandıqları kimi etməliyik ”,- deyə O. Abramyan qeyd edib.