Ermənistanın baş naziri cəbhə xəttinə gəldi

Mayın 8-də işğal altındakı Azərbaycan ərazilərinə gələrək separatçı rejimin başçıları ilə görüşən Ermənistanın baş naziri Ovik Abramyan bu gün cəbhə xəttində olub. Musavat.com bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, Abramyan “Dağlıq Qarabağ və Azərbaycan hərbçilərinin təmas xəttinə” gəlib. Baş nazir aprel uğursuzluqlarından və ağır itkilərdən sonra ruh düşkünlüyünə qapılan işğalçı ordunun hərbçilərinə bir sıra vədlər verib. Abramyan ermənilərin son döyüşlərdəki “qəhrəmanlıqları” barədə nağıllar danışmağı da unutmayıb. Ancaq rəsmi xəbərlərdə qanunsuz olaraq Azərbaycan ərazilərinə soxulmuş erməni baş nazirin cəbhənin hansı istiqamətində olduğu konkretləşdirilməyib.