Ermənistanı gözləyən DƏHŞƏTLİ 2018 SSENARİSİ: Qarabağda müharibə və... - Rusiya AÇIQLADI

Baxış sayı: 
270

2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya bilər.
 
Publika.az xəbər verir ki, Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) “Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatda proqnozlarını açıqlayıb.
 
“2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənilir”, - deyə hesabatda deyilir.
 
RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək”.
 
Azərbaycana gəlincə, hesabatda qeyd olunur ki, Bakının Moskva ilə münasibətləri qarşılıqlı əlaqələr fonunda davam edəcək.
 
“Böyük ehtimalla xalqın dəstəklədiyi Prezident İlham Əliyev seçkinin qalibi olacaq. Moskvada keçiriləcək Rusiya, İran və Azərbaycan liderlərinin sammiti ilin böyük hadisəsi olacaq”, - deyə rus ekspertlər bildirib.
 
Hesabatda Dağlıq Qarabağ ətrafında ziddiyyətlərin davam edəcəyi, münaqişə zonasında gərginliyin arta biləcəyi qeyd olunur: “Seçkilər dövründə Qarabağ ətrafında ziddiyyətlər aktuallaşacaq. Müəyyən fasilələrlə toqquşmalar baş verəcək. Hər iki tərəf müdafiə xərclərini artıracaq”.
 
Asif

Загрузка...
Загрузка...