Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu - YENİLƏNDİ

Baxış sayı: 
321

Yerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb.
Publika.az xəbər verir ki, məlumatı Ermənistan polisi yayıb.
***
Ermənistanın Baş Prokurorluğu deputatların həbs edilməsinə dair məlumat yayıb.
Publika.az xəbər verir ki, xüsusi təyinatlı istintaq əməkdaşları tərəfindən saxlanılan müxalif deputatlar Nikol Paşinyan, Sasun Mikayılyan və Ararat Mirzoyanın Prokurorluğa aparıldığı bildirilib.
Məlumatda deyilir:
"Millət vəkilləri daha əvvəl təşkil etdikləri mitinqlərdə qanun pozuntusu ilə bağlı xəbərdarlıq almışdılar. Buna baxmayaraq, bu gün deputatlar ölkədaxili qaydaları pozduqları üçün həbs ediliblər".
***
İrəvanda Respublika Meydanında Serj Sərkisyanın baş nazir seçilməsinə qarşı başlayan etirazlarda polislə kütlə arasında toqquşma olub.
Publika.az xəbər verir ki, bu gün İrəvanın Erebuni rayonunda mitinq edən iştirakçılar Respublika meydanına gəlib. Polis etiraz yürüşünü qarşısını almağa cəhd etsə də, etirazçıların Respublika Meydanına gəlməsinin qarşısını ala bilməyib.
Meydanda polislə kütlə arasında yaşanan toqquşmada xəsarət alanların olduğu deyilir.
Polis kütləni dağıtmaq məqsədilə gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Hazırda Respublika Meydanı polis qüvvələri və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
***
Ermənistan polisi etirazçıların liderlərinin saxlanılması ilə bağlı məlumatı qəribə şəkildə təkzib edib.
Publika.az xəbər verir ki, polis müxalif deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyanın həbs olunmadığını bildirib.
Yayılan açıqlamada bildirilir ki, aksiyanın təşəbbüskarları etirazçıların qanunsuz toplanmasının qarşısının alınması üçün məcburi şəkildə kütlənin arasından çıxarılıb.
Ermənistan hökuməti isə vətəndaşlarını zor gücü ilə küçələrdən dağıtmağa başlayıb.
***
Ermənistan polisi müxalifət lideri Nikol Paşinyanı saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Etiraz yürüşü polis tərəfindən Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb, zorla məntəqəyə aparıb.
Paşinyandan sonra aksiyalara başçılıq edən Mikayılyan da saxlanılıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.
Xatırladaq ki, bu gün Ermənistanın yeni baş naziri Serj Sarkisyan Nikol Paşinyanla görüşü yarımçıq tərk etmişdi.
O, baş verənlərə görə məsuliyyətin Nikol Paşinyanyanın üzərində qalacağını söyləmişdi.
Yerli ekspertlər, bildiriblər ki, Nikol Paşinyanın saxlanılması hadisələri yeni mərhələyə daşıyacaq.
 

Загрузка...
Загрузка...