​Ermənistanda ümummilli mitinqlər başlayır

 
“Sasna tsrer”  hərəkatının siyasi şurası fəaliyyət planını hələ qəbul etməyib. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu gün Yerevandakı “Azadlıq” meydanında keçirilən mitinqdə şurasının üzvü Alek Eniqomşyan qərarın yaxın zamanda qəbul olunub elan ediləcəyini bildirib.
 
“Biz tezliklə birlikdə fəal işə keçəcəyik”, - Eniqomşyan bəyan edib.
 
Onun sözlərinə görə, sentyabrın əvvəlində ölkədə ümummilli mitinq keçirilməlidir. O, həmin aksiyada mübarizə tərəfdarlarının, ziyalıların, erməni diasporunun, tanınmış adamların iştirak edəcəyini vurğulayıb.
 
 “Orada rejimlə kompromisdən söhbət gedə bilməz”, - Eniqomşyan deyib.