Ermənistanda hökumətə etiraz edən vətəndaşa: "Oğlunu Qarabağa göndərərik"

Ermənistanda hökumətə qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına zəng edərək belə hədləyiblər: "Aksiyaya qatılsan, oğlunu Qarabağa əsgərliyə göndərəcəyik".
Turaninfo.az  Ermənistan KİV-inə istinadən xəbər verir ki, zəng edilənlərdən biri də ölkənin Kotayk vilayəti, Qarni kəndinin sakini Arusyak Ayvazyandır.
Məlumata görə, Arusyak Ayvazyan Ararat vilayətində keçirilən aksiyada Ermənistanın baş naziri "Ovik Abramyana istefa!" yazılan plakat tutubmuş. Onda sakinlər Geqard kompleksinə gedən yolu 8 saat bağlamışdı.