Ermənistanda əhali üçün qazın qiyməti endirildi

Ermənistanda təbii qaz tarifləri endiriləcək.
Ermənistan mətbuatının verdiyi məlumata görə, müvafiq qərar İctimai Xidmətlər Komissiyasının iclasında qəbul olunub.
Bundan sonra əhali üçün 1 kubmetr qazın qiyməti 146 dram (0,3 dollar-red.) olacaq.
Qərarın verilməsinə səbəb Rusiyanın aprelin 7-də Ermənistan üçün satılan qazın qiymətini 150 dollar müəyyənləşdirməsi olub. Bundan öncə Ermənistan Rusiyadan qazın 1000 kubmetrini 165 dollara alırdı. (APA)