Ermənistanda ana qızını 5000 dollara satıb

Ermənistanda ana qızını 5000 dollara satıb. Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Ermənistanın Araqatsotn vilayətinin Aruç kənd sakini 1 aylıq qızını Ararat vilayətinin Taperakan kənd sakininə 5000 ABŞ dolları müqabilində satıb.
Bildirildiyinə görə, körpə aprelin 9-da doğulub.
Aruç kənd sakinlərinin sözlərinə əsasən, uşağını satan qadın ağır maddi vəziyyətdə olduğuna görə bu addımı atıb. Həmin körpədən başqa, qadının daha 3 övladı var.
Polis faktla bağlı araşdırma aparır.