​Ermənistana dövlət yox, terror təşkilatı deyən nazir vəfat etdi

Baxış sayı: 
114

 
Türkiyənin keçmiş nazirlərindən biri vəfat edib.
 
Teleqraf.com xarici mediaya istinadən məlumat verir ki, Mərhum Turqut Özalın prezidentliyi dövrünün təhsil, gənclər və idman naziri Hasan Cəlal Gözəl dünyasını dəyişib.
 
73 yaşlı sabiq nazir böyrək çatışmazlığı səbəbindən müalicə aldığı Dənizli xəstəxanasında keçinib.
 
Qeyd edək ki, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin müdiri, doktor Hasan Cəlal Gözəl Xocalı soyqırımları ilə bağlı çıxışları zamanı Ermənistanın dövlət yox, terror təşkilatı olduğunu demişdi. O, Türkiyədə Azərbaycan, Qafqaz və erməni məsələsi üzrə tanınmış mütəxəssis idi.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...