Ermənistan-Türkiyə sərhədindən rus hərbçilər çıxır?

 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsi Rusiya və Ermənistan arasında 1992-ci ilin 30 sentyabrında imzalanmış “Ermənistan Respublikası ərazisində yerləşən Rusiya Federasiyası Sərhəd Qüvvələrinin statusu” haqqında razılaşmaya uyğun olaraq, Ermənistan sərhədlərinin mühafizəsi xidmətini davam etdirir.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsi Mətbuat Xidməti yayıb. Sərhəd İdarəsi hazırda plana uyğun olaraq mühəndislik strukturlarının modernləşdirilməsinin aparıldığını bildirib. Ermənistan-Türkiyə sərhədinin müxtəlif yerlərində köhnələrin söküldüyü, əvəzinə müasir mühafizə komplekslərinin quraşdırıldığı vurğulanıb.
 
Qeyd edək ki, ötən gün Ermənistanın “Jamanak” qəzeti Ermənistan-Türkiyə sərhədini qoruyan rus sərhədçilərinin xidmət yerlərini tədricən tərk etməsi haqqında məlumat yayıb. Məlumatda rusların artıq müşahidə qüllələrini sökdüyü, sərhəd xidmətlərini dayandırdığı bildirilib.

Загрузка...
Загрузка...