Ermənistan tələbələri də müharibəyə göndərməyə hazırlaşır

Ermənistan hökuməti gələn ay ali təhsil alma səbəbi ilə verilən həqiqi hərbi xidmətdən güzəştin ləğvi ilə bağlı parlamentə layihə təqdim edəcək.
Avropa.info xəbər verir ki, bu barədə prezident aparatının başçısı David Arutyunyan məlumat verib. 
“Qanuna uyğun olaraq, 18 yaşına çatmış şəxslər orduda xidmət etməlidir. Qanun layihəsi ay ərzində parlamentə təqdim olunacaq” – Arutyunyan belə deyib.
Onun sözlərinə görə, istisna sadəcə hərbi sənayedə istifadə olunan dəqiq elmlər üzrə təhsil sahələrini əhatə edəcək.