Ermənistan sərhədində əməliyyat: “Ararat” öldürüldü

Türkiyənin Ağrı vilayətinin Sinek yaylasında 2 PKK terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
 Axar.az xəbər verir ki, Kovancık qəsəbəsinin Aşağı Subaşı məhəlləsində aparılan əməliyat zamanı terrorçular “təslim ol” çağırışına əməl etməyiblər.
 Baş verən atışma zamanı 2 PKK-çı öldürülüb.
 Qeyd edək ki, öldürülən terrorçularından biri PKK-nın Ağrı vilayəti üzrə rəhbəri “Ararat” ləqəbli Zamanxan Qaya olub.