Ermənistan əsgəri Sarkisyanla belə "məzələndi"- Qarabağ səfərindən əvvəl - FOTO

 

 
Ermənistan prezident Serj Sarkisyan ölkənin cənub-şərqində hərbi hissələrdən birinə baş çəkib.
 
Turaninfo.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan yeni tikilmiş hərbi şəhərcikdə əsgərlərlə görüşüb.
 
Serj Sarkiyan əsgərlərlə birlikdə yemək yeyib. Nahar zamanı maraqlı anlar yaşanıb. Yeməkdən əvvəl Sarkisyan hərbçilərlə birlikdə erməni «qəhrəman»larının ruhunu ayaq üstə yad edərkən əsgərlərdən biri gülüb.
 
Sarkisyan başı aşağı olduğu üçün əsgərin güldüyünü görməyib. Digər əsgərlər də Sarkisyan kimi «qəhrəman»ları kədərli formada yad edib.
 
Ermənistan hərbi hissəyə səfərini bitirdikdən sonra Dağlıq Qarabağa yola düşüb.  Serj Sarkisyanı və erməni «qəhrəmaları» saymayan əsgərin şəkilini Ermənistan mətbuatı yayıb.

Загрузка...
Загрузка...