​Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan - "Sarsılmaz qardaşlıq..."

 
 
Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan  “Sarsılmaz qardaşlıq-2017” kod adı ilə birgə hərbi təlimlərinə başlayır.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) birləşmiş qərargahının rəisi general –polkovnik Anatoli Sidorov bu gün İrəvanda mətbuat knfransı keçirib və bildirib ki,  bu il oktyabrın 3-dən noyabrın 20-dək Rusiyanın, Ermənistanın, Qazaxıstanın, Tacikistanın ərazilərində KTMT –nin birgə hərbi təlimləri keçiriləcək. Təlimlərdə 12 min hərbiçi, 1500 zirehli döyüş maşınları, 90 uçuş aparatı  iştirak  edəcək.
 
Ermənistan ərazisinin təsadüfən seçilmədiyini vurğulayan general bildirib: “  Bu yaxınlarda Gürcüstanda NATO hərbi-təlimləri keçirilib.  Biz KTMT bölgələrində hərbi-siyasi vəziyyəti diqqqətlə izləyirik və bildiyimiz kimi də çalışırıq ona reaksiya veririk.

 
“Sarsılmaz qardaşlıq 2017” təlimlərində Qafqaz regionunda ( ?!) konfliktlərin lokallaşdırılması məqsədilə birgə əməliyyatlar, kəşfiyyat aparılması planlaşdırılır.
 
P.S. Moderator.az-ın xəbərə sözardı:
 
KTMT adlı təşkilatın Rusiyanın rəhbərliyi ilə yaradıldığı, üzv ölkələri hərbi-siyasi cəhətdən özündən asılı vəziyyətdə saxlamaq niyyəti aydındır. Siyasi texnoloqların hərbi təlimlərə“ Sarsılmaz qardaşlıq 2017” adı verməsi diqqətimizi çəkdi . Rus, erməni sarsılmaz qardaşlığı təəccüb doğurmur. Amma,  belə çıxır ki, erməni, qazax, qırğız, tacik qardaşlığı da sarsılmazdır. Belə olmadığını bilirik, amma ən azı  Qazaxıstan və Qırğızıstan bu süni adın arxasında erməni məkrinin dayandığını, bu “  sarsılmaz qardaşlığın” Azərbaycana qarşı yönəldiyini, bizi qıcıqlandırmağa, hədəfə almağa hesablandığını anlayıb etiraz etməliydilər. Təəssüf...

Загрузка...
Загрузка...