​Ermənistan parlamenti hökumətin yeni strukturuna “yaşıl işıq” yandırdı

Erməni parlamentariləri növbədənkənar iclasda “Ermənistan hökumətinin strukturu haqqında” qanuna dəyişiklikləri ikinci oxunuşda qəbul ediblər.
 
Turaninfo.az Moderator.az-a istinadən erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistan ədliyyə naziri Arpine Ovannisyanın sözlərinə görə, dəyişikliklər dörd nazirliyin yenidən təşkil edilməsini nəzərdə tutur.
 
Əsasən İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyi yenidən təşkil olunacaq. Energetika və Təbii Resurslar Nazirliyinin adı Energetika İnfrastrukturu və Təbii Resurslar Nazirliyinə, Nəqliyyat və Rabitə Nazirliyinin adı Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Şəhərsalma Nazirliyinin adı isə Dövlət Komitəsinə dəyişdiriləcək.